Modern.az

SSRİ DTK-nın müstəntiqi: “Qriqoryanın rəhbərlik etdiyi qrup Sumqayıtda erməniləri öldürür, zorlayırdı...”

SSRİ DTK-nın müstəntiqi: “Qriqoryanın rəhbərlik etdiyi qrup Sumqayıtda erməniləri öldürür, zorlayırdı...”

Təhsil

28 Fevral 2013, 14:58

SSRİ DTK-nın sabiq müstəntiqi Valeriy Kiporenko 1988-ci ildə baş vermiş Sumqayıt və 1990-cı ildə Bakı faciəsi zamanı baş vermiş hadisələri araşdırmaq üçün komissiyanın tərkibində olub. 
Kiporenko bir müddət öncə erməni informasiya resurslarına müsahibə verib. Özünün bütün qərəzli mövqeyinə baxmayaraq Kiporenko bir neçə məqamda əsl həqiəqəti gizlədə də bilməyib. Modern.az bu günlə ayaqlaşdığından onun açıqlamasını təkrar təqdim edir.

O deyib ki, KQB-nin Kiyev dairəsi üzrə xüsusi şöbəsinin baş müstəntiqi kimi 9 ay Sumqayıt hadisələrinin təhqiqi  ilə bağlı Sumqayıtda işləyib. Kiporenko 1988-ci ildə SSRİ Baş prokuruluğunun rəhbərliyi altında yaradılan operativ-istintaq qrupunun tərkibində olub.  

Sumqayıtda “Dalğa” mehmanxanasında qaldığını deyən Kiporenko Sumqayıt barədə ermənisayağı “nəğmələrini” oxuduqdan sonra deyir ki, şəhərə gəldikdən sonra guya Sumqayıtın darmadağın edildiyini görüb.  

Bundan sonra onun dedikləri maraqlıdır: “ Sumqayıt şəhərində mənim təhqiq etdiyim 18 cinayət işi var idi. Mən həmçinin Edik Qriqoryan adlı residivistin rəhbəri olduğu cinayətkar ünsürlərdən ibarət qrupun törətdiyi cinayətləri də təhqiq etmişəm. Edik Qriqoryanın rəhbərlik etdiyi bu qrup Sumqayıtda yaşayan erməniləri öldürür, zorlayır və evlərini qarət edirdilər”.

Bundan sonra güya şoka düşən erməni jurnalist “Qriqoryan erməni idi?” deyə sual verir. Kiporenko bunu təsdiq edir. “ Mən istintaq qrupunun rəhbəri kimi Qriqoryanı dəfələrlə sorğu-sual etmişəm və onu ittiham etmişəm”. Qriqoryan müstəntiqə erməni olduğunu boynuna alıb. Kiporenko deyir ki, bu cinayətkarın pasportunda milliyəti erməni yazılıbmış.  “Qriqoryanın bir neçə məhkumluğu olumuşdu”.

Kiporenko özü də bilmədən Sumqayıt hadisələrini “təşkil olunmuş aksiya” adlandırır. Onun sözlərinə görə, ayrı –ayrı qruplar özlərini “Ermənistandan qaçan azərbaycanlılar” kimi qələmə verərək vəziyyəti gərfinləşdirirmişlər. “Biz onları tapdıq və onlara belə işlərini dayandırmağı tələb etdik. Bütün bu dəstələrə cinayətkarlar başçılıq edirdilər”-deyə DTK zabiti vurğulayıb. 

Lakin o, həmin Qriqoryanın taleyinə aydınlıq gətirməyib. Kripenko bildirib ki, işlərini  5-6 aydan sonra yekunlaşdırıblar. “Həmin o Qriqryan istintaq altında idi. İş məhkəməyə verildi və bundan sonra biz oradan getdik”-deyə keçmiş müstəntiq deyib.

Kiporenko bir də 1990-cı ildə yanvar qırğını zamanı Bakıya gəlir. Burada yenə ermənilərin “köhnə bayatılarını” təkrar edən Kiporenko yenə də bir məqamda “çaşır”. Bakıda boykot olunduqlarını deyən Kiporenko deyir ki, ona hətta mağazada çörək belə satmayıblar. “Deyrdilər ki, biz erməniləri müdafiə edirik”-deyə o qeyd edib.

Bundan sonra DTK zabiti etiraf edir ki, Bakıda ermənilərinin təhlükəsiz şəkildə Xəzərdən bərə vasitəsilə köçürülməsinə millətçi qurumlar (AXC) rəhbərlik edib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!