Modern.az

Cəhənnəm mələkləri

Cəhənnəm mələkləri

2 İyul 2016, 15:31

Məhsəti Şərif


Türkiyədə son dövrlər baş verən terror aktlarında diqqət çəkən məqamlardan biri partlayışları “canlı bombalar”ın törətməsidir. “Canlı bomba”  olaraq müəyyənləşdirilən şəxslərin necə seçildiyi, hansı psixologiya ilə bu hərəkəti reallaşdırmağı qəbul etdiyi və hədəf , yer seçimində nələrə diqqət etdikləri maraq dogurur. "Canlı bombalar” necə seçilir? Necə təlimləndirilir?
Terrorçu qruplar niyə “canlı bombalar”dan istifadə edirlər? 

Türkiyədə bu terror olayları artmasından dolayı kiçik bir araşdırma apardım. Əslində cavab sadəymiş. “Canlı bomba” əyləmləri digər hücumlara nisbətən daha asan planlanlaşdırılır və son ana qədər də üzə çıxmır, tətbiq baxımından daha təsirlidir, nəticəsi isə "başarılıdır”.

Bu mənfur əməlin təməlində hansı psixoloji səbəblər var? Niyə bəziləri “intihar komandosu”  olmağa qərar verirlər? “Canlı bomba” halına gələnə qədər nələrdən təsirlənirlər?
Təl-Əviv Universitetinin israilli psixoloqu Ariel Merarinin bir məqaləsini oxudum. O, 50-dən çox “canlı bomba”nın  ətrafını araşdırıb. Araşdırmada nə ortaq bir xarakter quruluşu, nə də patoloji bir şəxsiyyət xüsusiyyəti təyin edə bilib. Əslində “canlı bomba” xəbəri duyan kimi hər birimizin aglına gələn ilk sual bu olur. İnsan özünü necə partlada bilər? Onlar da bizim kimi insandılarmı? 

İntihar terrorizminə rahat şəkildə duyğularla hərəkət edə biləcək insanlar seçilir.

Bu şəxslərin əksəriyyəti sosial-iqtisadi cəhətdən aşağı səviyyəli ailələrdən seçilən, gələcəyə dair ümidləri yox olan insanlardır. Həyatda təmin olunacağı ölçüdə müvəffəqiyyət göstərə bilməyən və hədəflər mövzusunda xəyal qırıqlığı yaşamış insanlardır. Antisosial meylləri olan, asi, üsyankar, təpkisəl, özünü isbat etmək və birilərindən intiqam almaq istəyən fərdlərdir. Daxildə başarısızlıqları ilə savaşırlar. Terror qrupları bu məqamdan ustalıqla istifadə edir. Ona görə də  "canlı bombalar" içində özünü fəda etmə, bir "qəhrəman" olma duyğusu ön plana çıxarılır.

İntihar terörizminin altında, ağırlıqlı olaraq "şəhid olma" inancı yatır. Buna dini duyğuların pis əməllər uğrunda istismar edilməsi də deyilə bilər. Son zamanlarda xüsusilə dini qrupların reallaşdırdığı intihar hücumları da bu həqiqətlə üst-üstə düşür. Ənənələrlə yetişən dindar insanlar o biri dünya ilə əlaqədar vədlərə daha asan inanırlar. Vədlər isə böyükdür: “Ən böyük mükafat onların olacaq: həm cənnətdə, həm də öldükdən sonra yer üzündə qəhramancasına ölümsüzlüyə çatacaqlar”.

Terrordan əvvəl fəalların motivasiya olmaları üçün, yaraları yaxşıca deşilir, varlıqlarının təhlükə altında olduğu təkrar-təkrar vurğulanır: "Amerikalılar mədəniyyətimizi və dinimizi yox etmək istəyirlər", ya da "düşmən qardaşlarımızı öldürür".
Beləliklə şiddətli bir qarşıdurma potensialı yaradırlar. Ayrıca onların şüuraltına yavaş-yavaş 'sən onsuz da bu hərəkəti reallaşdırmadığın zaman burada da insan kimi hörmət görməyəcəksən. Amma edərsənsə, həm qrup adına hərəkət edirsən, həm də qəhrəman olursan”.
Demək olar ki, onların düşünmə yetənəyi yox edilir. Qrup halında bir araya gələrək, toplu andlar edilir, yaxşı, ya da pis, bəzi sözlər xor halında saatlarla hərarətli şəkildə təkrarlanaraq, şüur ​yatızdırılır. İstifadəçilər transa keçənə qədər dualar oxunur. Belə görüşlər tez-tez təkrarlanaraq, düşünmə qabiliyyəti yaxşıca basdırılır. Əlaqələrin və məlumat axışının möhkəmcə nəzarəti dünyagörüşü daraldır. Hədəfdə kiçik bir tərəddüd görüldüyündə, qrup onun özünü günahkar hiss etməsini təmin edir. Sonunda adam "qorxaq" damğası yeməkdənsə, ölümü seçir.

Onlara hər şeyi yalnız qara-ağ görən yalançı bir şəxsiyyət aşılanır. Artıq onların həyatındakı hər şey yalnız inananlar və inanmayanlar, insan və insan olmayanlar, hər şey, ya da heç nədir!

Problemləri həll edə bilmənin bir tək yolu var: intihar hücumuyla düşmənin yox edilməsi!

İntihara qədər intihar edəcək terrorçu bir sıra testdən keçir. Məsələn, “canlı bombalar”la baglı yaxınlarının danışdıqlarına dayanan psixoloqlar bildirir ki, onlar eyni otaqda günlərlə səssiz bir şəkildə oturur, ya da bəzən yerin altında qazılan çuxurda bir cəsədlə 48 saatı yanaşı keçirirlər.

Eyni zamanda, “intihar komandosu” üçün posthipnotik bir əmr ehtimalı yox sayıla bilməz; çünki adam hipnozun "ənənəvi dəyərləri"ylə hərəkət edir: düşməni yox etmək üçün hər yol mübahdır. İnsanın içində geri dönüşü olmayan yola bir an əvvəl girmə amacı şüurunu illərcə ayaqda tutan bir daxili mexanizmin olduğu qətidir. Sui-qəsdçi bu uzun yolu çoxdan tamamlamış, and içmiş və əmri yerinə yetirmə mövzusunda imtina edilməz bir məsuliyyət daşıyır. Terrordan əvvəl -  intihar öncəsi sindrom dövrəyə girir. Fırtına öncəsi səssizlik kimi. Hər kəslə dostca davranırlar, vida məktubu yazırlar, dostlarıyla əylənməyə gedirlər, yeyib-icib, gəzirlər. Hətta kinoteatra belə,  gedirlər. Bunlar “intihar bombaları”nın əyləmdən əvvəl nə etdiklırini araşdırarkən üzə çıxıb.

Artıq son aşama! Öldürmək və Ölmək!

Beləliklə, daxilən mumiyaya çevrilən insandan “canlı bomba” düzəldilir. Nəticələr isə bizim canımızı yandırır. Azərbaycan da dönəm-dönəm terrordan əziyyət çəkən ölkə olub. İndi də erməni terroru qanımıza yerikləyir... O üzdən hər iki ölkədə vətəndaşlar nəyə diqqət etməli, “canlı bomba”nı necə müəyyənləşdirməlidir? 

Psixoloq və hipnoz mütəxəssisi Mehmet Başqa küçədəki vətəndaş üçün “intihar bombaçı”sını tanıma tərifi hazırlayıb. Bildirir ki, “canlı bombalar” bol geyimlər geyinər. Bu, partlayıcı dolu intihar jiletinin gizlənməsinə kömək edər. Onları yerimələrindən də müəyyən etmək olar. Bombaçılar təxminən 18 kiloqramlıq bir ağırlıq daşıdıqları üçün robot kimi gedərlər. Ayrıca,  onların çoxu hədəfinə yönəlmədən əvvəl narkotik qəbul edir və bu, hərəkətlərində özünü  göstərir. Bu insanlar həyatlarının son anlarını yaşayır. Narahatdırlar, tərləyələr, əsəbi davranışlar sərgiləyərlər. Onlar təngənəfəs olar, sürətli nəfəs alıb-verərlər.
“İntihar bombaçı”sı hərəkətini dini bir səbəblə edirsə, ölmədən əvvəl dua oxuyur. Üzərlərində böyük çanta olar, əllərini gizlərlər. Əgər bir adamın əlləri davamlı çantanın içindədirsə, deməli hansısa bir düyməni basmaq üçün gözləyirlər. Əgər terrorçu kişidirsə, yeni kəsilmiş saqqalı ola bilər. Dini bir səbəb ilə bu hərəkəti edirsə, izdihamda fərq edilməməsi üçün saqqalı kəsilir. Və gözəl qoxu sürər. Cənnətə gedəcəklərinə inandıqları üçün...

Cənnətə aldanan cəhənnəm mələklərini tanımaq üçün diqqətli olun!

Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı