Modern.az

Füzulidə polislərin peşə bayramı qeyd olunub

Füzulidə polislərin peşə bayramı qeyd olunub

Aktual

2 İyul 2016, 13:01

Horadiz şəhərindəki Füzuli Dövlət Dram Teatrında - 2 iyul polis işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilib. Modern.az-ın məlumatına görə, tədbirdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilat müdirləri, ictimaiyyət nümayəndələri iştirak edib. 

Tədbir Dövlət himninin səslənməsi ilə başlanıb. Sonra daxili işlər naziri, geneal-polkovnik Ramil Usubovun rayon polis əməkdaşlarına təbrik teleqramı oxunub. 

Rayon polis şöbəsinin rəisi Xəqani Məmmədov məruzə ilə çıxış edib. O, Azərbaycan polisinin keçdiyi şərəfli yoldan danışıb.

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev polis işçilərini peşə bayramları münasibətilə təbrik edib, ölkəmizdə sabitliyin və əmin-amanlığın qorunmasında polis işçilərinin xidmətlərindən, dövlətin hüquq-mühafizə orqanları işçilərinə göstərdiyi diqqət və qayğısından söz açıb. 

Alı Alıyev bildirmişdir ki, Azərbaycan polisi həmişə dövlətə, cəmiyyətə şərəflə xidmət edib.

 “Yarandığı gündən çətin və şərəfli yol keçmiş Azrbaycan polisi müstəqil dövlətçiliyimizin qorunmasında böyük rol oynayıb, vətəndaşların hüquq və azadlıqlarının keşiyində ayıq-sayıq dayanıb. Polis əməkdaşları vətənimizin ərazi bütövlüyü uğrunda gedən mübarizədə fəal iştirak edib, döyüşlərdə rayon polis şöbəsinin 16 əməkdaşı şəhid olub. İki nəfər isə Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülüb”
Tədbirdə bildirilib ki, 1918-ci il iyulun 2-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə əsası qoyulan milli polis sistemimiz ötən dövr ərzində çətin və şərəfli bir yol keçib.
Sonrada rayon İcra hakimiyyətinin başçısı Alı Alıyev tərəfindən xidmətdə fərqlənən bir qrup polis əməkdaşına Fəxri Fərmanlar və qiymətli hədiyyələr təqdim olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür