Modern.az

Bibiheybətdə ağır yol qəzası - 1 ölü

 Bibiheybətdə ağır yol qəzası - 1 ölü

2 İyul 2016, 18:00

 

Səbail rayonunun Bibiheybət qəsəbəsində bir nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

 

Modern.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, qəsəbədə Bakı şəhər sakini Vasif Hüseynov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən Ağsu rayon sakini Eldəniz Mehdiyevi vurub.

 

Xəstəxanaya yerləşdirilmiş E.Mehdiyev orada ölüb.

 

Səbail RPİ tərəfindən araşdırma aparılır.

 

Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir