Modern.az

Rusiyada yol qəzasında üç azərbaycanlı ölüb

Rusiyada yol qəzasında üç azərbaycanlı ölüb

2 İyul 2016, 20:49

Rusiyanın Stavropol diyarında “Qafqaz” federal magistral yolunun 296-cı kilometrliyində baş verən ağır yol qəzası nəticəsində üç Azərbaycan vətəndaşı ölüb, ikisi yaralanıb.

Modern.az saytı APA-ya istinadən xəbər verir ki, "Mercedes" markalı avtomobil “KamAz” markalı yük maşını ilə toqquşması nəticəsində minik avtomobilində olanlardan üçü hadisə yerində ölüb. Müxtəlif xəsarətlər almış daha iki nəfər isə xəstəxanaya çatdırılıb. Yaralılar arasında 15 yaşlı qızın da olduğu bildirilir.

Yerli yol polisindən verilən məlumata görə, ölən və xəsarət alan şəxslər Azərbaycan vətəndaşlarıdır. Onların bu gün dövlət sərhədini keçərək,  Rostov-Don şəhərinə getdikləri bildirilir. Ölən və xəsarət alanların şəxsiyyəti açıqlanmır. Araşdırma aparılır.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi