Modern.az

Sükan arxasında ürəyi tutan sürücü qəza törədib

Sükan arxasında ürəyi tutan sürücü qəza törədib

2 İyul 2016, 22:19

Bakıda bədbəxt hadisə baş verib. Modern.az saytı “Qafqazinfo”ya istinadən xəbər verir ki, 10-LL-383 dövlət nömrə nişanlı maşının sürücüsü hərəkətdə olarkən özünü pis hiss edib. İdarəetməni itirən sürücü avtomobilini divarın qarşısındakı boruya çırpıb. Hadisə “Cıdır Düzü” restoranının qarşısında qeydə alınıb.

 

İlkin ehtimala görə, sürücü ürəktutmasından bu vəziyyətə düşüb. O, təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.

 

Hazırda sürücünün kimliyi araşdırılır.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir