Modern.az

Tanınmış kulinar: “Qabağınıza nə qoyuldu, yeməyin!”

Tanınmış kulinar: “Qabağınıza nə qoyuldu, yeməyin!”

3 İyul 2016, 10:59

İnsan elə bir varlıqdır ki, yaşaması və inkişaf etməsi üçün qidaya ehtiyacı var. Yemək isə sadəcə qidanı boğazdan mədəyə ötürmək demək deyil. Onun da öz qaydaları var. Amma bu qaydalara riayət etməmək insanın sağlamlığı bahasına başa gəlir. Bəs əslində necə qidalanaq? Bəzən deyirlər ki, azərbaycanlılar düzgün qidalanma qaydalarını bilmirlər, bilənlər də ona əməl etmirlər. Bəs əslində necədir?

Modern.az bunu araşdırıb.

Azərbaycan Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov da insanların sağlam qidalanmamasından şikayət edir. Onun sözlərinə görə, əvvəllər süfrədə bir xörəklə kifayətlənirdilərsə, indi bu menyu daha boldur.

”Əslində isə qidalanma fəsillərə görə aparılsa, daha məqsədəuyğun olar. Sağlamlıq üçün hansı fəsildə nə bitir, nə yetişirsə, onu da yemək daha məsləhətlidir”.
 
Tahir Əmiraslanov deyir ki, yeməkləri heç vaxt qarışdırmaq olmaz:

“Sağlam və düzgün qidalanmaq istəyənlər dədə-baba yeməklərimizi yesinlər, qarışdırmasınlar. Bir də ürəkləri ən çox istədiyi şeyləri yesinlər. Amma qabaqlarına qoyulan hər şeyi basıb yeməkləri lazım deyil. Əgər qarşınıza 20 cür meyvə qoyulubsa, ürəyiniz ən çox istəyən meyvəni yeyin. 50 cür xörək qoyulubsa, ən çox ürəyiniz istədiyi 1 xörəyi yeyin. Başqa şey yeməyə ehtiyac yoxdur. Eyni zamanda yerli məhsula üstünlük vermək lazımdır. Ətrafınızda 400 kilometr radiusda bitən, qaçan, yetişən məhsullardan qidalanın”. 

Ekspertlər də deyir ki, fəsillərə görə qidalanmaq daha düzgündür. Yay aylarında insanlar yeməklərinə xüsusi diqqət etməlidirlər. İsti aylarda tərəvəzlə qidalanmaq məsləhətlidir. Bundan başqa, yayda insan orqanizmi daha çox maye itirir. Bu səbəbdən bol su içmək orqanizmdəki maye itkisinin bərpasını sürətləndirir. Susuzluğu yatırmaq üçün suyun içinə bir-iki damcı limon suyu sıxmaq məsləhətdir. Bu təzyiqi yuxarı olan insanlar üçün ikiqat əlverişlidir. İsti havalarda qida rasionuna meyvələri də əlavə etmək lazımdır. Bu fəsildə olan meyvələr orqanik olduğundan insan orqanizmi üçün lazım olan bütün vitaminləri qarşılayır.

Havalar soyuqlaşanda isə kolorili qidalara üstünlük vermək lazımdır. Məhz buna görə də qış aylarında daha çox xəmir xörəkləri və ət yeməkləri yeyilir. İsti havalarda yüngül yeməklər, balıq, toyuq yeyilirsə havalar soyuduqca bu menyunu qırmızı ət və yağ əvəzləməlidir. Eyni zamanda bu yeməklərlə yanaşı, mövsümə uyğun meyvələr qəbul olunmalıdır.


Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir