Modern.az

Ərdoğanın Putinlə görüş vaxtı açıqlanıb

Ərdoğanın Putinlə görüş vaxtı açıqlanıb

3 İyul 2016, 15:50

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rusiyalaı həmkarı Vladimir Putinlə  iyulun sonunda və ya avqustun əvvəlində görüşəcəkləri gözlənilir. Modern.az xəbər verir ki, bu haqda Türkiyə televiziyasına xarici işlər naziri Mövlud Çavuşoğlu məlumat bildirib.

Xatırladaq ki, ötən ilin sonlarında Türkiyənin hava məkanını pozduğuna görə Rusiya təyyarəsinin vurulması iki ölkə arasındakı münasibətlərin pozulmasına səbəb olub.

İyunun sonlarında Rəcəb Tayyib Ərdoğan Vladimir Putinə məktub göndərib. Məktubdan az sonra iki dövlətin başçısı telefonla danışaraq bir sıra məsələlərlə yanaşı üzbəüz görüşmək barədə də razılıq əldə ediblər.
Eyni zamanda xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrov tərəfindən Rusyaya dəvət olunub.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir