Modern.az

Voleybolçularımız Dünya Qran-prisinə vəsiqə qazanıb

Voleybolçularımız Dünya Qran-prisinə vəsiqə qazanıb

Aktual

3 İyul 2016, 20:02

Bu gün qadın voleybolçular arasında Avropa Liqasında son oyunu keçirilib. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, turnirin həlledici matçı Bakıda baş tutub.

Azərbaycan və Slovakiya milliləri final mərhələsinin cavab qarşılaşmasında üz-üzə gəliblər. İlk matçda səfərdə rəqibinə 3:1 hesabı ilə qalib gələn millimiz əlinə düşən əla imkanı boşa verməyib. Faiq Qarayevin yetirmələri rəqibinə heç bir şans verməyərək rahat qələbə qazanıb - 3:0.

Bununla da Azərbaycan yığması çempion olaraq tarixində ilk titulunu qazanıb. Hər zaman Avropanın ən güclülərindən sayılan qadın yığmamız buna baxmayaraq, heç bir yarışda çempion ola bilməyib.

Qeyd edək ki, yarışın qalibi baş mükafatla yanaşı, Dünya Qran-prisinə vəsiqə də əldə edib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu