Modern.az

Paytaxtda güclü yanğın - VİDEO

Paytaxtda güclü yanğın - VİDEO

3 İyul 2016, 20:14

Bu gün saat 17:30 radələrində Bakının Binəqədi rayonunda 3 mərtəbəli obyektdə şiddətli yanğın baş verib. Modern.az saytı anspress-ə istinadən xəbər verir ki, yanğın Naxçıvani küçəsində, məşhur İstanbul evlərinin arxasında baş verib.

Hadisə şahidlərinin verdiyi məlumata görə, hadisə yerinə çox sayda yanğınsöndürən və təcili tibbi yardım maşınları cəlb edilib. Yanğının söndürülməsi istiqamətində iş gedir.

Yanğın baş verən binanın birinci mərtəbəsində avtomobil servis mərkəzi, ikinci və üçüncü mərtəbələrində isə çay evi yerləşir. Yanğının qarşısı alınmasa, onun geniş miqyas alaraq İstanbul evlərinə də keçmək təhlükəsi ola bilərdi. Yanğın nəticəsində

çay evinin bir zalı və avtoyuma məntəqəsi yanıb. Yanğın 18:30-da söndürülüb. İlkin məlumata görə, yanğına səbəb kafenin elektrik naqilindəki qısaqapanma olub. Yanğın nəticəsində xəsarət alan olmayıb.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır