Modern.az

Qənirə Paşayeva böhtan kampaniyası ilə bağlı mətbuat konfransı keçirəcək

Qənirə Paşayeva böhtan kampaniyası ilə bağlı mətbuat konfransı keçirəcək

21 Yanvar 2011, 18:54

“Facebook” sosial şəbəkəsində ayqı-ayrı şəxslər tərəfindən Milli Məclisin deputatı Qənirə Paşayevanın bir gənclə fotosu yerləşdirilib və fotoya verilən şərhlərdə millət vəkilinin PKK-çı ilə yanaşı dayandığı qeyd olunub. Şərhlərdə deputatın yanındakı şəxsin  Türkiyədə fəaliyyət göstərən Barış və Demokratiya Partiyasının (PKK-nın siyasi qolu) liderlərindən olan Əminə Aynanın oğlu olması bildirilib.
Qənirə Paşayeva Modern.az-a açıqlamasında bunu özünə qarşı kampaniya adlandırıb. “Mənim PKK ilə əlaqələrim haqda yazılanlar və Türkiyədə fəaliyyət göstərən Barış və Demokratiya Partiyasının liderlərindən olan Əminə Aynanın oğlu ilə şəkil çəkdirməyim həqiqətə uyğun deyil. Bu mənə qarşı aparılan kampaniyanın tərkib hissəsidir”.
Q.Paşayeva bildirib ki, “Facebook”-da yayılan şəkil Türkiyə səfirliyinin “Gülüstan” sarayında təşkil etdiyi, Türkiyə Cümhuriyyətinin yaradılması gününə həsr edilən tədbirdə lentə alınan kollektiv fotodandır. “O fotonu montaj edərək, mənə böhtan yaxmaq məqsədilə yayanlar cəzalanmalıdır”.
Q. Paşayeva deyib ki, həmin şəxsin PKK-çı Əminə Aynanın oğlu olması barədə iddialar yalandır: “Fotodakı Azərbaycanda təhsil alan türkiyəli tələbə Ömər Aynanın həmin qadınla nə qohumluq, nə də başqa şəkildə əlaqəsi var. Fotodakı gənc oğlan Azərbaycanda təhsil alan fəal tələbələrdəndir. Azərbaycan Dövlət Tibb Universitetində oxuyur. Bu yalan informasiyanı yaymaqla, məni ittiham etmək hansısa güclərin və insanların maraqlarına xidmət edir. Bunun haradan qaynaqlandığını araşdırırıq”.
Məsələ ilə bağlı Milli Təhlükəsizlik Nazirliyinə müraciət edəcəyini də deyən Q.Paşayeva bildirib ki, xəbərin qaynağının tapılmasına çalışacaq və həmin şəxsin ən ağır şəkildə cəzalandırılmasını istəyəcək: "Mən bu yazını şərəf və ləyaqətimə, qüruruma təhqir hesab edirəm. Əlimdən gələni edəcəyəm ki, həmin şəxs ağır cəza alsın. Bu iş Azərbaycandan kənardan görülübsə, onların da layiqli cəzalarını alması üçün lazımi proseduralara baş vuracağam”.
Millət vəkili deyib ki, onun PKK-ya münasibəti tam aydındır: “Azərbaycan türkü olaraq PKK terror təşkilatına münasibətim birmənalı olub, həmişə bu təşkilatın fəaliyyətini pisləyən insanlardanam. Məni PKK təşkilatı ilə əlaqələndirməklə bağlı məlumatlar yayanların cəzalandırılması üçün arxasınca gedəcəyəm. Sabah bununla bağlı mətbuat konfransı da keçiriləcək, Bu böhtan kampaniyasını durdurmalıyıq”.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər