Təhsil Nazirliyində Məktəbəqədər təhsillə bağlı yeni investisiya layihəsi hazırlanıb. Layihə çərçivəsində qəzalı vəziyyətdə olan bağçalar haqqında məlumat toplanılır.
Təhsil Nazirlyində Məktəbəqədər təhsil sektorunun apardığı araşdırmalar zamanı məlum olub ki, Azərbaycandakı yaşayış məntəqələrinin bəzilərində ümumiyyətlə uşaq bağçası yoxdur. Məktəbəqədər təhsil sektorundan Modern.az-a bildirilib ki, problemin aradan qaldırılması üçün nazirlik yeni investisiya proqramı hazırlayıb. Proqrama əsasən yeni bağçaların tikintisi ilə yanaşı, alternativ variantlar da nəzərdə tutulub. Bu pilot layihə artıq Bakının Xətai rayonunda və bəzi kəndlərində tətbiq olunur. Bütün işlər Dünya Bankının və UNİCEF-in maliyyə dəstəyilə həyata keçirilir. Hazırda Təhsil Nazirliyinin müətəxssisləri qısa müddətli quruplarda dərs deyəcək müəllimlərlə iş aparır.
Hazırda Respublikada 1635 məktəbəqədər təhsil müəssisəsi mövcuddur. Bunlardan 1571-i Təhsil Nazirliyinin tabeciliyindədir.