Modern.az

Yeni arxeoloji qazıntılar türk elminə sirlər açacaq

Yeni arxeoloji qazıntılar türk elminə sirlər açacaq

4 İyul 2016, 17:08

Astanada fəaliyyət göstərən TWESCO  təşkilatı Beynəlxalq Türk Akademiyası  Monqolustanda arxeoloji qazıntılara başlayıb. “Şivet ulan” məqbərə kompleksində başlanan arxeoloji qazıntılar  dünya türk elminə yeni sirlər açacaq. Layihəni  Monqolustan Elmlər Akademiyasının Tarix və arxeologiya institutu həyata keçirir.  Bununla bağlı Beynəlxalq Türk Akademiyasının 2016-cı ildə keçirdiyi “Böyük Çöl” humanitar  forumunda  əməkdaşlıq razılaşması imzalanıb.

Modern.az xəbər verir ki, iki ay müddətində davam edəcək  qazıntıların əsas məqsədi qədim türklərin etno-mədəni  və arxeoloji irsini  müəyyən etməkdir.

Arxeoloji qazıntılara Monqolustan tərəfdən məşhur arxeoloq D.Çevendorj, Qazaxıstan tərəfdən isə alim-türkoloq N.Bazilxan  rəhbərlik edirlər.

Qazıntılar yekunlaşandan sonra,  bu il 20-25 avqust tarixlərində  TWESCO “Köçərilərin  Böyük Çöldəki xəzinəsi: Tyan-Şandan Öteməenə qədər” adlı beynəlxalq  ekspedisiya təşkil edəcək. Ekspedisiyanın tərkibinə Azərbaycan, Qazaxıstan, Qırğızstan, Monqolustan, Rusia və Türkiyədən olan alimlər  və ictimai xadimlər dəvət olunublar.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!