Modern.az

Kremldən İncirlik bazası ilə bağlı açıqlama

Kremldən İncirlik bazası ilə bağlı açıqlama

4 İyul 2016, 17:10

Kremlin sözçüsü Dmitri Peskov Moskva və Ankaranın İncirlik Bazasının istifadəsilə bağlı olaraq rəsmi görüş keçirmədiyini ifadə edib.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Dmitri Peskov bu barədə xəbərləri mətbuatdan eşitdiyini deyib.

 

"İncirlik bazasının Rusiyaya açılması məsələsində Türkiyə ilə rəsmi görüş hələ edilməyib. Hərbi orqanlar arasında bu barədə rəsmi təmas yaradılıb yaradılmadığını bilmirəm. Səhv etmirəmsə, yox".

 

 Digər tərəfdən Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun açıqlamasının həqiqətən əhəmiyyətli olduğunu da bildirən Peskov, "müvafiq orqanlarımız, bunu siyasi və hərbi cəhətdən analiz edəcək" ifadələrinə yer verib.

 

Mirmahmud KAZIMOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı