Modern.az

Naziliyin işdən çıxardığı klinika rəhbəri DANIŞDI

Naziliyin işdən çıxardığı klinika rəhbəri DANIŞDI

4 İyul 2016, 17:37

Səhiyyə Nazirliyinin Xüsusiləşdirilmiş Angioloji Mərkəzinin direktoru Azər Şəmsəddinski vəzifədən azad olunması ilə bağlı Modern.az saytına fikirlərini bildirib.

 O qeyd edib ki, sabahdan etibarən vəzifəsindən uzaqlaşdırılacaq:

“Məni sabahdan etibarən işimdən azad edirlər. Əvəzimə isə Yunis Eyyubovu təyin ediblər. Prezidentin fərmanına əsasən, 65 yaşlı insanlar təqaüdə çıxmalıdır. Qanuna əsasən də, mən sabahdan təqaüdə çıxıram”.

A.Şəmsəddinski həkim olaraq fəaliyyətinə davam edib-etməyəcəyinə sabah aydınlıq gətiriləcəyini deyib.

Ayağı səhvən kəsilən xəstənin vəziyyətinə gəlincə, A.Şəmsəddinski onun yaxşı olduğunu qeyd edib:

“Tikişləri yavaş-yavaş sökülür. Həftənin sonunda evə buraxılması planlaşdırılır”.

Xatırladaq ki, iyunun 26-da Səhiyyə Nazirliyinin Xüsusiləşdirilmiş Angioloji Mərkəzində vətəndaş Məmmədova Tərlan Həsən qızı üzərində cərrahiyyə əməliyyatı aparılıb. Əməliyyatı zamanı mərkəzin həkim-cərrah Valeh Kərimov xəstənin sol aşağı əvəzinə, kobud səhv edərək xəstənin sağ aşağını amputasiya edib. Əməliyyatdan sonra həkim mexaniki olaraq səhv etdiyini açıqlayıb. Bundan sonra işdən uzaqlaşdırılan həkimin əvəzinə Mərkəzin direktoru A.Şəmsəddinski xəstənin digər ayağını da amputasiya edib.

 

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır