Modern.az

“İrəli” Koreyada Azərbaycanı təmsil edir

“İrəli” Koreyada Azərbaycanı təmsil edir

Aktual

4 İyul 2016, 17:40

Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında iqtisadi, siyasi, humanitar və digər istiqamətlər üzrə əməkdaşlıqlar yüksələn xətlə davam etdirilir.  Azərbaycanla Koreya Respublikası arasında beynəlxalq gənclər mübadiləsi proqramı (Youth exchange) çərçivəsində bir qrup gəncin Koreyeya səfəri bu əməkdaşlığın nəticəsidir.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə baş tutan səfər iyun ayının 30-dan başlayıb.

İRƏLİ İctimai Birliyinin nümayəndəsi də bu səfərdə iştirak edir. İRƏLİ İctimai Birliyinin nümayəndəsi Orxan Rüstəmov Koreya rəsmiləri və  gənclərlə görüşlərdə Azərbaycanı təmsil edir. Bundan başqa ölkələrimiz arasında gənclər sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi kimi mövzular da müzakirə olunacaq. Sayca dördüncü olan gənclər mübadiləsi üzrə təşkil olunan səfərdə nümayəndəmiz Orxan Rüstəmov və digər gənclərimiz paytaxt Seul,  həmçinin Dyecon və Pyentok şəhərlərində tarixi-mədəni abidələr və muzeylərlə tanış olublar. Azərbaycan Gənclər Siyasətinin və bu siyasətin uğurlu nəticələri, İRƏLİ İctimai Birliyi fəaliyyəti haqqında müxtəlif növlərdə təqdimatlarla çıxış edəcəklər. Səfər zamanı qarşılıqlı əlaqələrin daha möhkəm formada qurulması eyni zamanda fikir mübadilələrinin aparılması ilə yeni təcrübələrin öyrənilməsi qarşıda duran məqsədlərdəndir.


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!