Modern.az

Xəzərdə boğulan 3 nəfərdən 2-si xilas edildi…

Xəzərdə boğulan 3 nəfərdən 2-si xilas edildi…

Aktual

4 İyul 2016, 19:04

Bu gün günorta saatlarında Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə, Bakı şəhəri, Xəzər rayonunda (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 200 metr aralı) 3 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.
Modern.az xəbər verir ki, dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşlardan 2-sinin xilas olunmalarını təmin ediblər. Digər 1998-ci il təvəllüdlü Camalzadə Nərmin Niyaməddin qızının cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.




Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?