Modern.az

Lavrov Ermənistanda Qarabağ problemini müzakirə edib

Lavrov Ermənistanda Qarabağ problemini müzakirə edib

Aktual

4 İyul 2016, 20:14

Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyan və İrəvanda səfərdə olan rusiyalı həmkarı Sergey Lavrovla görüşüb. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, görüşdə  Dağlıq Qarabağ məsələsinin nizamlanması üzrə razılaşmaların həyata keçirilməsi müzakirə edilib. Məlumata görə, görüş zamanı tərəflər Vyana və Sankt-Peterburq sammitlərində Dağlıq Qarabağ üzrə əldə olunan razılaşmaların həyata keçirilməsi istiqamətində atılan addımlar müzakirə ediblər.  Nazirlər həmçinin aktual regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Sergey Lavrov İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) XİN rəhbərlərinin toplantısında iştirak edib.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar