Modern.az

Səudiyyə Ərəbistanında partlayış: ölənlər var

Səudiyyə Ərəbistanında partlayış: ölənlər var

4 İyul 2016, 21:30

Səudiyyə Ərəbistanının şərqində, Qətif şəhərində məsciddə güclü partlayış baş verib. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində ölənlər var.

İlkin məlumata görə, terrorçu-kamikadze məsciddə özünü partladıb. İnsidentin digər təfərrüatları barədə hələlik məlumat verilmir.

 

Qeyd edək ki, ötən gün Ciddə şəhərində ABŞ-ın Səudiyyə Ərəbistanındakı  konsulluğu qarşısında özünü partlatmaq istəyən terrorçu-kamikadze zərərsizləşdirilib.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!