Modern.az

Dağlıq Qarabağla bağlı xüsusi bəyanat qəbul olunub

Dağlıq Qarabağla bağlı xüsusi bəyanat qəbul olunub

4 İyul 2016, 21:58

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Xarici İşlər Nazirləri Şurasının Yerevanda keçirilən toplantısının yekununda Dağlıq Qarabağla bağlı xüsusi bəyanat qəbul olunub. Modern.az saytı AzVision.az-a istinadən xəbər verir ki, sənəddə Dağlıq Qarabağla bağlı mayın 16-da Vyanada, iyunun 20-də isə Sankt-Peterburqda keçirilmiş sammitlərdə münaqişə zonasında eskalasiyanın qəbuledilməz olduğu, vəziyyətin sabitləşməsi və sülh prosesinin irəliləməsi üçün şəraitin yaradılması məqsədi ilə əldə olunmuş razılaşmalara dəstək ifadə edilib.

"Biz Dağlıq Qarabağ probleminin yalnız sülh yolu ilə həllinin vacibliyini dəstəkləyərək, münaqişənin zor işlətməmək və ya zor işlətməklə hədələməmək, dövlətlərin ərazi bütövlüyü, xalqların bərabərliyi və öz müqəddəratını təyin etmək hüququna dair BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və ATƏT-in Minsk qrupunun həmsədrlərinin beynəlxalq hüquq normaları çərçivəsində göstərdiyi səyləri alqışlayırıq", - deyə Ermənistan XİN-in saytında dərc olunmuş bəyanatda qeyd olunub.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?