Modern.az

Məhəmməd Mursi terrorçu elan edildi

Məhəmməd Mursi terrorçu elan edildi

4 İyul 2016, 22:36

Misir hökuməti sabiq prezident Məhəmməd Mursini rəsmən terrorçu elan edib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Misir Konstitusiya Məhkəməsinin cari ilin aprelində eks-prezidentin adının terrorçular siyahısına salınması haqqında qərarı rəsmi qəzetdə dərc olunub.

Qərar 3 il müddətində qüvvədə qalacaq.

Bundan əlavə, "Müsəlman qardaşlar" (İhvan) təşkilatı və 34 nəfərin də adı terrorçular siyahısına daxil edilib.

Qeyd edək ki, M.Mursi 2013-cü il iyulun 3-də Misir prezidenti vəzifəsindən kənarlaşdırılıb.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhədimiz POZULDU - Hərbçilərimiz ATƏŞ AÇDI