Modern.az

Rusiya Prezidenti Administrasiyasının rəhbəri Narışkin Bakıya gəlib

Rusiya Prezidenti Administrasiyasının rəhbəri Narışkin Bakıya gəlib

Təhsil

22 Yanvar 2011, 12:51

Rusiya Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkin Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin (RİMM) yeni binasının açılışında iştirak etmək məqsədilə bu gün Bakıya gəlib. S.Narışkin Fəxri xiyabana gələrək görkəmli dövlət xadimi Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub. (ANS)
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə gül dəstəsi qoyulub.

Rusiya Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkin bu gün həmçinin Şəhidlər xiyabanına gələrək, Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramını bildirib, “Əbədi məşəl” abidəsi önünə əklil qoyub.

Rusiya Prezidenti Administrasiyasının rəhbərinə Şəhidlər xiyabanının tarixi və paytaxtımızda görülən abadlıq-quruculuq işləri, eləcə də Dövlət Bayrağı Meydanı barədə məlumat verilib.

Sergey Narışkin Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edib.

Qeyd edək ki, bu gün Bakıda Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin (RİMM) yeni binasının açılış mərasimi baş tutacaq. Mərkəz Beynəlxalq humanitar əməkdaşlıq, MDB, xaricdə yaşayan həmvətənlərlə iş üzrə Federal Agentlik nümayəndəliyinin fəaliyyəti, Rusiya və Azərbaycan arasında təhsil, elm və mədəni əlaqələrin dərinləşdirilməsinə yardım üçün nəzərdə tutulub.

Mərasimdə Rusiya Prezident Administrasiyasının rəhbəri Sergey Narışkinlə yanaşı, Rusiya prezidentinin köməkçisi Cahan Pollıyeva, Dmitri Medvedevin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, Rusiya prezidentinin MDB-yə üzv dövlətlərlə əlaqələr üzrə xüsusi nümayəndəsi və “Rossotrudniçestvo”nun rəhbəri Fərid Muhametşin, Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, İTAR-TASS-ın baş direktoru Vitali İqnatenko, həmçinin Rusiya və Azərbaycanın dövlət və ictimai xadimlərinin iştirak edəcəkləri gözlənilir.

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat