Modern.az

Paytaxtda intihar edən qadının kimliyi bilinib

Paytaxtda intihar edən qadının kimliyi bilinib

4 İyul 2016, 23:19

Paytaxtda intihar faktı qeydə alınıb. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, Bakıda intihar edən qadının şəxsiyyəti müəyyənləşib. Belə ki, çoxmərtəbəli yaşayış binasından özünü ataraq intihar edən şəxsin Sadıqova Zəhra Telman qızı olduğu məlum olub.

 

Qeyd edək ki, insident Arif Heydərov küçəsində qeydə alınıb. Çoxmərtəbəli yaşayış binasından özünü atan naməlum şəxs 1-ci mərtəbədəki marketin damına, oradan isə yerə düşərək ölüb.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?