Modern.az

Başqırdıstandan 19 Azərbaycan vətəndaşı xaric edilib

Başqırdıstandan 19 Azərbaycan vətəndaşı xaric edilib

Aktual

5 İyul 2016, 00:12

Cari ilin əvvəlindən Rusiyanın Məhkəmə Pristavları Federal Xidmətinin Başqırdıstan üzrə İdarəsinin əməkdaşları ölkədə qalma rejimini pozduqlarına görə 256 miqrantı federasiya ərazisindən xaric ediblər. Modern.az saytı "Report"a istinadən xəbər verir ki, bu barədə idarənin mətbuat xidmətinin məlumatında bildirilir.

Məlumata görə, ölkədən 149 Özbəkistan, 45 Tacikistan və 19 Azərbaycan vətəndaşı xaric edilib. Respublikadan çıxarılanlar arasında Qırğızıstan, Türkiyə, Vyetnam və digər dövlətlərin vətəndaşları da var.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!