Modern.az

Macarıstandan miqrantlara qarşı sərt ADDIM

Macarıstandan miqrantlara qarşı sərt ADDIM

5 İyul 2016, 10:03

Macarıstanın Baş nazirinin müavini Bakondi  qeyri-qanuni yollardan ölkəyə keçən qaçqınların geri göndəriləcəyini açıqlayıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Macarıstan Baş nazirinin müavini Georgi Bakondi iyulun 5-dən etibarən  qeyri-qanuni yollardan ölkəyə keçən qaçqınların geri qaytarılacağını  bildirib.

 

O, həmçinin çərşənbə günü 00:00-dan etibarən Serbiya və Xorvatiya sərhədi boyu gücləndirilmiş iş rejiminin tətbiq olunacağını deyib.

 

 Qeyd edək ki, keçən il qaçqınların Qərbi Avropaya keçmək üçün ən mühüm dayanacaqlarından biri olan Macarıstan, qaçqın axınını dayandırmaq üçün Serbiya və Xorvatiya sərhədlərinə sim hörgü çəkmiş, sərhəd bölgələrində fövqəladə hal elan edərək, qeyri-qanuni keçidlər üçün tətbiq olunan cəzaları artırmışdı.

 

Mirmahmud KAZIMOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?