Modern.az

Vyetnamla Çin arasında gərginlik yaşandı

Vyetnamla Çin arasında gərginlik yaşandı

Dünya

5 İyul 2016, 13:14

Vyetnam Çinin bu gün başlatdığı hərbi təlimi dayandırmasını tələb etdi.

 

 Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Vyetnam Xarici işlər nazirliyinin sözçüsü Li Hay Bih  Çinin Vyetnamın suverenliyini ciddi şəkildə pozduğunu bildirib.

 

 O, həmçinin Vyetnamın təhdid kimi qəbul etdiyi Çin  hərbi dəniz qüvvələrinin cənubi Çin dənizindəki təliminə qarşı çıxdığını deyib.

 

Li Hay Bih  açıqlamasında "Vyetnam, Çindən, ölkənin suverenliyinə hörmət duymasını, məsuliyyətli davranmasını, təlimi dərhal dayandırmasını və Şərq dənizindəki təhlükəsizliyi təhdid edən və ya bölgədə təzyiqi yüksəldən hərəkətlərdən çəkinməsini tələb edir"- deyə xəbərdarlıq edib.

 

 Qeyd edək ki, Çin Dəniz Təhlükəsizlik İdarəsindən bazar günü edilən açıqlamada hərbi dəniz qüvvələrinin 5-11 iyul tarixlərində  hərbi təlim keçirəcəyi bildirilmişdi.

 

Mirmahmud KAZIMOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır