Modern.az

“ATƏT PA-da daha qətiyyətli addımlar atmağa çalışacam”

“ATƏT PA-da daha qətiyyətli addımlar atmağa çalışacam”

5 İyul 2016, 14:46

“ATƏT PA-nın vitse-prezidenti postunda Azərbaycanın maraqlarını yüksək səviyyədə qoruyacağam”.

Modern.az xəbər verir ki, bunu Azərbaycanın ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin üzvü Azay Quliyev jurnalistlərə deyib. 

Deputat bildirib ki, bu seçim Azərbaycanın beynəlxalq aləmdə mövqeyini daha möhkəmləndirəcək:

"Mən də bütövlükdə bu qurumun gündəliyində olan məsələlərlə bağlı ATƏT PA-da daha qətiyyətli addımlar atmağa çalışacağam. Bu gün ATƏT regionunda çoxlu sayda problemlər, həlli uzanan münaqişələr var.

 Miqrant, qaçqın və məcburi köçkünlərin, qadın və uşaqların problemləri var. Üç illik mandatım müddətində bu problemlərin həllinə öz töhfəmi verməyə, Azərbaycanın maraqlarını yüksək səviyyədə qorumağa və mənə göstərilən etimadı doğrultmağa çalışacağam”.

Xatırladaq ki, bu gün Tbilisidə ATƏT PA-nın prezidenti və vitse-prezidentləri vəzifəsinə seçkilər keçirilib. A.Quliyev səs çoxluğu ilə beynəlxalq təşkilatın vitse-prezidenti seçilib. Azərbaycan nümayəndəsinin namizədliyini 119 deputat dəstəkləyib. 

 

Ağa AKİFOĞLU

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü