Modern.az

Dağlıq Qarabağın Azərbaycanlı İcmasının İdarə Heyətinin üzvü: "...Tehran bizi hiddətləndirir"

Dağlıq Qarabağın Azərbaycanlı İcmasının İdarə Heyətinin üzvü: "...Tehran bizi hiddətləndirir"

22 Yanvar 2011, 15:44

İranın müəyyən rəsmi dairələrinin Azərbaycana qarşı vaxtaşırı müşayət olunan mənfi münasibətinin kökündə qonşu ölkənin Ermənistanla olan sıx münasibətləri durur.

Bu sözləri Moderna.az-a açıqlamasında millət vəkili, Dağlıq Qarabağın Azərbaycanlı icmasının idarə heyətinin üzvü Rövşən Rzayev son günlər qonşu ölkənin ruhani liderləri və bir sıra deputatlarının Azərbaycana yönəlik çıxışlarını şərh edərkən bildirib.

Millət vəkilinin sözlərinə görə, bu münasibəti Ermənistan-İran danışıqları çərçivəsində ölkəmizə edilən təzyiq vasitəsi saymaq olar.
“Yaxşı olardı ki, İran parlamenti də digər beynəlxalq qurumların etdiyi kimi Azərbaycanın ərazi bütövlüyünün tanınması və sərhədlərin pozulmazlığı barədə qərar çıxarsın. Eyni zamanda Ermənistanın işğal faktına olan münasibətini açıqlasın”-deyə deputat vurğulayıb.  

R.Rzayev qeyd edib ki, yaxın qonşu oalaraq Azərbaycanla ən yaxın münasibətlərdə olan  İrandan  bunu gözlədikləri halda, tamam başqa mənzərə müşahidə edilir.

“Ermənistanın bu günkü rəhbəri Serj Sərkisyan dəfələrlə İranda olur və həmişə görüşlər keçirir. Bu həmin Sərkisyandır ki, 1992-ci ildə Xocalı soyqırımının birbaşa iştirakşısı olub və bunu inkar etmir. Eləcə də 366-cı rus hərbi alayının komandir müavini, bu gün düşmən ölkənin müdafiə naziri olan Ohanyan da bu soyqırımında iştirakını etiraf edib. Tehranın bütün bunları bilə-bilə bu adamlarla yüksək səviyyədə əlaqələr qurması, iqtisadiyyatlarına kömək etməsi məni hiddətləndirir”-deyə deputat bildirib.

Millət vəkilinin sözlərinə görə, bu gün İran Dağlıq Qarabağ probleminin həlli üçün Azərbaycanın da dəstəklədiyi ATƏT-in yeniləşmiş “Madrid prinsipləri”ni qəbul etmək üçün Ermənistanı konstruktiv mövqeyə dəvət eləməkdənsə, işğalçı ölkə ilə tamam başqa istiqamətlərdə münasibətləri qurur.
“Əgər İran Azərbaycanın ərazi bütövlüyünün bərpasna kömək etmək istəyirsə, yaxşı olardı ki, ilk olaraq Ermənistanla münasibətləri haqqında düşünsün. Çünki belə yanaşma ilə İran Azrbaycanın haqlı mövqeyinin qarşsında duran bir ölkə təsəvvürü yaradır”.

Hüquqşünas olan R.Rzayev vurğulayıb ki, “hicab” və inanclı insanların guya, təqib olunması ilə bağlı İran dairələrinin çaldığı “bayatı”nın heç bir əsası yoxdur.

“Azərbaycan dünyəvi dövlətdir və bizdə dini tolerantlıq mövcuddur. Biz müsəlmanıq, Qurana və Allaha da inanırıq. Lakin biz dünyəvi dövlət qururuq. Bu prosesi hələ başa çatdırıb qurtarmamışıq. İranın İslam və hicab problemlərini qabartmağının heç bir mənası yoxdur. Azərbaycan fundamental İslam dövləti deyil və heç bir zaman da olmayacaq”-deyə R.Rzayev bildirib.

Modern.az 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı