Modern.az

Türkiyə İstanbul terrorunda 11 rusiyalını İTTİHAM ETDİ

Türkiyə İstanbul terrorunda 11 rusiyalını İTTİHAM ETDİ

5 İyul 2016, 18:37

İstanbul prokurorluğu İstanbul aeroportunda baş verən partlayışla bağlı 17 nəfər, o cümlədən 11 Rusiya vətəndaşına ittiham aktı elan edib.

 

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, terrorda əli olan qalan 6 nəfər Türkiyə vətəndaşıdır.

 

Bundan bir neçə saat öncə, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Rusiya, Tacikistan və Qırğızıstan vətəndaşlarını ittiham etmişdi.

 

İyunun 28-də İstanbul aeroportunda törədilən terror aktı zamanı 44 nəfər, o cümlədən 19 əcnəbi həlak olmuşdu.

 

Vüqar İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir