Modern.az

İŞİD-ə adam toplayan tualet kağızı olmadığından Suriyaya getmədi

İŞİD-ə adam toplayan tualet kağızı olmadığından Suriyaya getmədi

5 İyul 2016, 22:13

İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasına adam toplayan Avstraliya sakini Hamdi Əlqqdsi terrorçuların Suriyadakı düşərgəsinə getməkdən orada tualet kağızı olmadığı üçün imtina edib. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, müyyən edilib ki, Hamdi Əlqüdsi WhatsApp vasitəsilə İŞİD-ə yeni qoşulanlardan düşərgədəki məişət vəziyyətini ətraflı öyrənib.

Onlar deyiblər ki, yatmağa normal yer yoxdur, yerdə, hətta bəzən küçədə gecələyirlər. Hər şeylə təmin edilən tualet əvəzinə xəndək qazılıb, tualet kağızı isə ümumiyyətlə, yoxdur, əvəzində su var.

Bütün bunları öyrənən 41 yaşlı Əlqüdsi belə şəraitin ona uyğun olmadığı səbəbindən Avstraliyada qalmaq qərarına gəlib. Suriyaya getməyi düşünən silahdaşlarına onları toplayan avstraliyalı deyib ki, ölkədən getməyi xəstə anasına baxacağı üçün təxirə salır.

Əlqüdsi 2013-cü ilin dekabrında həbs olunub. Ona İslam ümmətindən olan gənc avstraliyalıları İŞİD-ə cəlb etməklə bağlı ittiham irəli sürülüb. Bu iş üzrə məhkəmə Yeni Cənub Uels məhkəməsində baxılır.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi