Modern.az

Abxaz müxalifəti Daxili İşlər Nazirliyinə hücum etdi

Abxaz müxalifəti Daxili İşlər Nazirliyinə hücum etdi

Dünya

5 İyul 2016, 22:56

Suxumidə müxalifətin keçirdiyi mitinqin iştirakçıları qondarma Abxaziya Respublikasının daxili işlər naziri Leonid Dzapşbanın istefasını tələb edərək, nazirliyin qapısını sındırıblar. Modern.az xarici mediaya istinadən xəbər verir ki, güc strukturları nazirliyin binasına yanğınsöndürən maşınları gətiriblər, ancaq sudan istifadə etməyiblər.

Binanın ətrafına toplaşanlar bəyan ediblər ki, Dzapşbanın istefasına nail olacaqlar, qondarma respublikanın “prezidenti” Raul Xadjomba onu vəzifəsindən azad etməyənə qədər dağılışmayacaqlar. Aksiyada 700 nəfərin iştirak etdiyi bildirilir.

Digər məlumata görə, eyni vaxtda Abxaziyanın “prezident administrasiyası” qarşısında qondarma respublika rəhbərinə dəstək aksiyası da keçirilib.

“Biz provakasiyaya getməməliyik, vəzifələri necə lazımdır həll etmək üçün qüvvə və vəsaitimiz yetərincədir. Heç bir halda qarşıdurmaya yol vermək olmaz. Referendumu ləğv etməyəcəyəm. O iyulun 10-na təyin edilib və keçiriləcək”, - Raul Xadjimba binanın qarşısına toplaşanlara deyib. 

Abxaziya müxalifəti daxili işlər nazirini respublikada kriminal vəziyyətin pisləşməsinə görə ittiham edirlər. Bundan əlavə, onlar iyulun 10-na təyin edilən referendumun təxirə salınmasını tələb edirlər. Səsverməyə bir sual salınmalıdır: “Abxaziya Respublikasında növbədənkənar prezident seçkilərinin keçirilməsini vacib hesab edirsinizmi?”

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır