Modern.az

43 yaşlı qadın qonşu tərəfindən döyüldü

43 yaşlı qadın qonşu tərəfindən döyüldü

6 İyul 2016, 10:47

Ötən gün axşam saatlarında Şəmkir rayonu Qapanlı kəndində qonşular arasında dava baş verib.

 

 

Modern.az Kəpəz TV-yə istinadən xəbər verir ki, dava zamanı kənd sakini 43 yaşlı Zoya Zeynalova müxtəlif bədən xəsarətləri alıb.

 

Xəsarət alan qadın yaxınlar tərəfindən xəstəxanaya çatdırılıb, vəziyyəti orta ağır qiymətləndirilir. Hələlik Z.Zeynalovanı döyən şəxs saxlanılmayıb.

 

 

Polis bu istiqamətdə araşdırma aparır.

 

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda ŞOK SƏFƏRBƏRLİK - Uşaqlar döyüşə çağırıldı