Modern.az

WikiLeaks-ə gizli sənəd ötürən özünü öldürmək istədi

WikiLeaks-ə gizli sənəd ötürən özünü öldürmək istədi

Dünya

6 İyul 2016, 21:58

WikiLeaks-ə yüz min gizli sənəd ötürdüyünə görə ABŞ-da 35 il azadlıqdan məhrum edilən keçmiş hərbçi Brdeli Menninq özünü öldürməyə cəhd edib. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, Menninqi Fort-Livenuort hərbi bazasındakı həbsxanadan xəstəxanaya aparıblar.

Menninq 2010-cu ilin may ayında həbs edilib. O, həmin vaxt İraqda xidmət edirdi və bu ölkədə və Əfqanıstandakı Amerika hərbçilərinin iştirakı ilə olan qalmqallarla bağlı WikiLeaks-ə yüz min sənəd ötürdüyünü etiraf edib.

Həmçinin, ABŞ Dövlət Departamentinin diplomatik depeşalardan təxminən 250 mininin də üstü açılıb. 2013-cü ilin avqust ayında ABŞ-ın hərbi tribunalı onun 35 il azadlıqdan məhrum edilməsi haqda hökm çıxarıb.

Bu il isə Menninqə ABŞ Silahlı Qüvvələrinin tarixində ilk dəfə qadına çevrilməsi üçün hormonal terapiya kursunda keçməyə razılıq verilib. 2014-cü ilin aprel ayında Kanzas ştatının məhkəməsi Menninqə Çelsi Elizabet qadın adını götürməyə razılaşıb.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı