Modern.az

Milli Məclisin 9 kişi, 3 qadın deputatı Avropaya getdi

Milli Məclisin 9 kişi, 3 qadın deputatı Avropaya getdi

Təhsil

23 Yanvar 2011, 15:33

Yanvarın 24-dən 28-dək Strasburqda Avropa Şurası Parlament Assambleyasının qış sessiyası keçiriləcək. Milli Məclisin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, sessiyada Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, təşkilatda daimi nümayəndə heyətimizin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi deputat qrupu iştirak edəcək. Nümayəndə heyətinin tərkibinə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynli, deputatlardan Sevinc Fətəliyeva, Qənirə Paşayeva,  Rafael Hüseynov, Sabir Hacıyev, Rövşən Rzayev, Aydın Abbasov, Fəzail İbrahimli, Elxan Süleymanov, Sahibə Qafarova və Fazil Mustafa daxildir. Sessiyada Azərbaycanda keçirilmiş son parlament seçkilərinin müşahidəsi barədə məruzə dinləniləcək, Assambleya prezidentinin seçilməsi, insanlarla qeyri-insani davranış və Kosovada insan orqanları ilə qanunsuz alver, Avropa Şurasında islahatlardan sonra atılacaq addımlar, İnsan Haqlarına dair Avropa Məhkəməsi qərarlarının yerinə yetirilməsi, təşkilata üzv dövlətlərdə sağlamlıq siyasəti və digər mövzularda fikir mübadiləsi aparılacaq. İclaslarda Azərbaycan deputatları da çıxış edəcək, gündəlikdəki məsələlərə münasibət bildirəcəklər.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumda Türkiyənin təşəbbüsü ilə Qarabağ üzrə altkomitənin bərpa cəhdləri barədə erməni tərəfinin iddialarına münasibət bildirərkən deyib: “Avropa Şurasında Qarabağla bağlı məhdud çərcivədə altkomitənin formalaşması bizim məqsədimiz deyil. Əsas məqsədimiz bu məsələnin  Avropa Şurasının gündəmində olmağıdır. Ona görə, biz bu müzakirələri davam etdirəcəyik”.

Onun sözlərinə görə, Qarabağ məsələsi Azərbaycan nümayəndə heyətini maraqlandıran ən vacib məsələdir və bu məsələ AŞPA-nın gündəliyindən bir an da olsun geri çəkilməyib.

S.Seyidov bildirib ki, alt komitənin rəhbəri rəhmətə gedəndən sonra komitənin failiyyəti başqa istiqamətə gebib. “Amma komitə heç vaxt öz işini dayandırmayıb. Bəzən ermənilər və ya başqa insanlar deyirlər ki, komitənin işini bərpa etmək lazımdır, yaxud başçı nə vaxt seçilir. Tam səmimi deyirəm ki,  mənim aləmimdə komitənin fəaliyyəti hec baxt dayanmayıb. Çünki, Qarabağ məsələsini biz alt komitə səviyyəsində yox, təşkilat səvivvəsində iclasa çıxatmışıq”-deyə S.Seyidov vurğulayıb.

Xatırladaq ki, Ermənistanın AŞPA-dakı nümyəndə heyətinin üzvü Zoqrabyan bildirib ki, Türkiyə azərbaycanlı və erməni deputatların sessiyanın gedişi zamanı görüşünü təşkil etmək niyyətindədir və bu da Qarabağ üzrə altkomitənin yaradılmasına xidmət edir.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat