Modern.az

"İnter" klubu "Birlik kuboku"nu qazandı

"İnter" klubu "Birlik kuboku"nu qazandı

Təhsil

23 Yanvar 2011, 18:31

"İnter" (Azərbaycan) - "Şaxtyor" (Belarus) - 6:5 Bu gün Rusiyanın Sank-Peterburq şəhərində təşkil olunan "Birlik kuboku"nun finalında Azərbaycan təmsilçisi Bakının "İnter" klubu Belarusun Soliqorsk şəhərini təmsil edən "Şaxtyor" komandası ilə qarşılaşıb. Hər iki komanda turnirin finalına ilk dəfə idi vəsiqə qazanmışdı. Modern.az-ın məlumatına görə, oyunun əsas avxtı 0-0 hesabı ilə başa çatıb. Əlavə vaxtda da hesab açılmayıb. Belədə qalib penalti zərbələriylə müəyyənləşib. Zərbələri daha yaxşı yerinə yetirən “İnter” klubunun futbolçuları "Birlik kuboku"nun qalibi olublar – 6-5. Komandamızdan qolları Girts Karlsons, Danildo Assioli, Bronislav Çervenka, Aleksandr Çertoqanov, Vladimir Levin, Kaxaber Mjavanadze vurublar.

Start heyətlər: "İnter":  Lomaya, Daşdəmirov, Abramidze, Levin, Kandelaki, Çertoqanov, Çervenka, Zlatinov, Kruqlov, Odikadze, Karlsons. "Şaxtyor": Kurskis, Kolomıts, Yanuşkeviç, Çeledinski, Polyakov, Rojkov, Leonçik, Qrenkov, Sitko, Alumona, Rios.

Mükafatlandırma mərasimində FİFA prezidenti Yozef Blatter, UEFA-nın I vitse-prezidenti Şenes Erzik, AFFA-nın baş katibi Elxan Məmmədov, Rusiya və Belarus futbol federasiyalarının prezidentləri iştirak ediblər. Blatter çıxış edərək, "İnter"i qələbə, "Şaxtyor"u gümüş medal qazanması, hakimləri isə belə çətin oyunun öhdəsindən gələ bildiklərinə görə, eləcə də azarkeşləri və təşkilatçıları təbrik edib. Komandaların kapitanlarına FİFA-nın vımpeli təqdim olunub. "Şaxtyor"a gümüş medallar verilib. Nəhayət, "İnter"ə qızıl medal və Blatter tərəfindən kapitan Vladimir Levinə kubok təqdim edilib. Mərasim Azərbaycanın himni ilə yekunlaşıb.  

Xatırladaq ki, bundan əvvəl Azərbaycanın iki klubu - "Neftçı" (2006) və "Xəzər Lənkəran" (2008) "Birlik Kuboku"nun qalibi olub. Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat