Modern.az

"Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyü ilə bağlı mövqeyi dəyişməzdir"

 "Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyü ilə bağlı mövqeyi dəyişməzdir"

Təhsil

23 Yanvar 2011, 22:54

Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyü ilə bağlı mövqeyi dəyişməzdir. Bunu Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi yanvarın 23-də Bakıda jurnalistlərə müsahibəsində deyib.
Diplomat bildirib ki, səfəri çərçivəsində Azərbaycan hökumətinin nümayəndələri ilə məsləhətləşmələr aparacaq, Ombudsman Elmira Süleymanova və vətəndaş cəmiyyətinin təmsilçiləri görüşəcək.

Piter Semnebi deyib: “Məni Avropa Komissiyası rəhbərinin Azərbaycana səfərindən sonra xarici siyasətlə bağlı məsələlər maraqlandırır. Gündəlikdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı müzakirələr var. Qarabağ probleminin həll olunmamış qalması bizi narahat edir. Biz münaqişənin həlli üçün edilən bütün cəhdlərə diqqət yetiririk. Barrozunun dediklərinin saytdan çıxarılması ilə bağlı deyilənlərə gəlincə, bunu şişirtmək istəməzdim. Saytda mətnin əvvəlki versiyası olub”.

P.Semnebi qeyd edib ki, Avropa İttifaqının Azərbaycanla bağlı mövqeyində heç nə dəyişməyib. Onun sözlərinə görə, Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü tanıyır və ona görə də bu məsələdə spekulyasiyaya yol vermək olmaz.
"Əlbəttə ki, Dağlıq Qarabağ problemini həll etmək üçün prinsiplər var və buna da əməl etmək lazımdır. Bizim mövqeyimiz isə dəyişməz qalır".  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat