Bu gün Bakı-Qazax yolunun 375-ci kilometrliyində, Şəmkir rayonunun Çinarlı kəndi ərazisində yol qəzası baş verib. Modern.az xəbər verir ki, Gəncə istiqamətində hərəkətdə olan "VAZ-2107" markalı avtomobil həmin istiqamətdə hərəkətdə olan "UAZ" markalı “Hərbi tibbi yardım” maşını ilə toqquşub.
Toqquşma nəticəsində hər iki maşın aşıb. Qəza zamanı minik maşınında 3 mülki şəxs, hərbi maşında isə 12 hərbçi olsa da, xoşbəxtlikdən xəsarət alan olmayıb.
Qəzaya səbəb kimi "VAZ-2107"nin ötmə əməliyyatını düzgün həyata keçirməməsi göstərilir. Baş vermiş yol qəzası ilə bağlı araşdırma aparılır.
Modern.az