Sumqayıt şəhəri, Hacı Zeynalabdin Tağıyev qəsəbəsində fərdi yaşayış evinin həyətində döyüş sursatlarının aşkarlanması barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olub. Nazirliyin müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Nazirliyin mütəxəssisləri tərəfindən hadisə yerinə baxış keçirilərkən aşkarlanmış sursatların döyüş başlığı olmayan 125 mm tank mərmilərinin olduğu müəyyən edilib. Xilasedicilər tərəfindən ərazidə əlavə axtarış işləri həyata keçirilib. Aparılmış axtarış nəticəsində hadisə yerində digər şübhəli əşya aşkarlanmayıb. Ərazi xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.
Modern.az