Naməlum şəxslər Fransa prezidentinin Facebook-dakı səhifəsinə müdaxilə edib. Sarkozinin səhifəsində prezidentin adından yazıblar ki, o, 2012-ci ildə keçiriləcək seçkilərdə namizədliyini irəli sürməyəcək. Mətn ciddi orfoqrafik səhvlərlə yazılıb. Sarkozi vurğulayıb ki, o, sadəcə kompyuter xuliqanlığının qurbanı olub.
Hazırda bu mətn Sarkozinin səhifəsindən silinib.
Modern.az