Modern.az

BDU-nun 17 magistri Moskvada təhsil almaq üçün imtahan verib (foto)

BDU-nun 17 magistri Moskvada təhsil almaq üçün imtahan verib (foto)

Təhsil

24 Yanvar 2011, 18:47


Yanvarın 24-də Bakı Dövlət Universitetinin Kimya, Fizika və Biologiya fakültəsinin I və II kursunda təhsil alan 17 nəfər magistr BDU və Moskva Fizika-Texniki İnstitutu (MFTİ) arasında imzalanmış Anlaşma Memorandumuna əsasən MFTİ-də magistratura təhsillərini davam etdirmək üçün imtahan veriblər. İmtahan prosesini izləyən rektor, akademik Abel Məhərrəmov tələbələrlə söhbət edib, suallarla maraqlanıb, onların hər birinə uğurlar arzulayıb.

Modern.az-ın məlumatına görə, imtahan MFTİ-nin əməkdaşları Slopanin Valeriy Pavloviç və Nazar Xangəldiyeviçin nəzarəti altında yazılı və şifahi şəkildə keçirilib. Müsabiqədən keçmiş tələbələr fevral ayından etibarən təhsillərini adıçəkilən institutun müvafiq fakültələrində davam etdirəcəklər. MFTİ müsabiqənin 2 nəfər qalibini öz hesabına oxutmaq niyyətindədir. Əgər müsabiqədən keçənlərin sayı 2 nəfərdən çox olarsa, onların təhsillərini Azərbaycan dövləti öz üzərinə götürəcək.

Fizika fakültəsindən 7, Geologiya və Kimya fakültələrinin hər birindən isə 5 magistrin qatıldığı imtahan sualları MFTİ tərəfindən tərtib edilib.

İmtahan prosesini Azərbaycan tərəfindən Fizika fakültəsinin professoru Rəna Qasımova və Fizika İnstitutunun professoru Nadir Abdullayev də izləyiblər.



Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub