Modern.az

“Domodedovo”dakı partlayış... Təyyarə Lənkərana uça bilməyib

“Domodedovo”dakı partlayış... Təyyarə Lənkərana uça bilməyib

Təhsil

24 Yanvar 2011, 19:35


Moskvanın Domodedovo hava limanında partlayış olub. Modern.az “RİA –Novosti”yə istindən bildrir ki, Moskva vaxtı ilə 16.40 baş verən partlayış nəticəsində 31 nəfər həlak olub, 130-dan çox adam yaralanıb. Gözləmə zalında müşahidə olunan qatı tüstü həlak olanların müəyyənləşməsinə imkan vermir.

Hava limanın əməkdaşının verdiyi məlumata görə partlayış beynəlxalq terminalda baş verib. Artıq xüsüsi briqada partlayış yerində işləyir.

Yaralılar xəstəxanalda yerləşdirlilir.

****

İstintaq partlayış faktını terror kimi qiymətləndirib. Terror aktına görə, 3 nəfər kişi barədə axtarış elan edilib. Bu şəxslər Domodedovo rayonunda yaşayıblar. Rusiya mətbuatının məlumatına görə, bomba “Asiya” kafesində işə düşüb. Müstəntiqlər partlayışın terrorçu-kamikadze tərəfindən törədildiyini ehtimal edirlər. Partlayışın gücü 7 kiloqramlıq trotil gücünə bərabər olub.

Hazırda gözləmə zalında olan bütün sərnişinlər evakuasiya olunub. Basırıq nəticəsində zalın divarının bir hissəsini uçurublar.

Modern.az Moskvada yaşayan azərbaycanlılarla əlaqə saxlayaraq hadisənin təfərüatlarını əldə etməyə çalışıb. Moskvada yaşayan soydaşımız İmran İsmayılov bildirib ki, məlumatlara görə partlayış yüklərin qəbul şöbəsində baş verib. Belə ki, Tacikistandan gələn təyyarənin sərnişinləri yüklərini alarkən partlayış olub.  

Rusiya İnformasiya Agentlikləri saat 16-dan 15.50-dək olan müddətdə “Domodedovo”nun qəbul etdiyi 8 beynəlxalq reysin siyahısını açıqlayıblar. Həmin saatlarda hava limanı Odessadan, Misirdən, Brüsseldən, və Yunanıstandan, Londondan, Berlindən, Kubadan və Almaniyadan gələn təyyarələr olub. 

Qeyd edək ki, “Domodedovo”dan hər həftənin bazar ertəsi günü Azərbaycanın Lənkəran rayonuna da təyyarə üçür. Amma həmin təyyarə bu gün uça bilməyib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər