Modern.az

İlham Əliyev Rusiya prezidentinə başsağlığı verdi

İlham Əliyev Rusiya prezidentinə başsağlığı verdi

Təhsil

24 Yanvar 2011, 23:11

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Domodedovo” aeroportunda törədilmiş terror aktı nəticəsində çoxlu insan tələfatı ilə əlaqədar Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevə başsağlığı verib.

"Hörmətli Dmitri Anatolyeviç!
“Domodedovo” aeroportunda törədilmiş terror aktı nəticəsində çoxlu insan tələfatı haqqında xəbər məni dərindən sarsıtmışdır.
Biz terrorizmin bütün forma və təzahürlərini qətiyyətlə pisləyirik.
Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına dərin hüznlə başsağlığı verirəm. Zərər çəkənlərin tezliklə sağalmasını arzulayıram".


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!