Modern.az

Moskva aeroportundakı partlayışda 35 ölü, 150 yaralı

Moskva aeroportundakı partlayışda 35 ölü, 150 yaralı

Təhsil

24 Yanvar 2011, 23:29

Rusiyanın Səhiyyə Nazirliyi bildirib ki, Moskvanın “Domodedovo” hava limanında bomba partlayışı nəticəsində 35 nəfər həlak olub və 150 nəfər yaralanıb.

Rusiya xəbəbr agentlikləri bir rəsmi nümayəndəyə istinadən bilidirirlər ki, partlayış “Domodedovo” hava limanının baqaj zalında intiharçı bombaçı tərəfindən törədilib.

Hadisə yerində olan şahidlər ətrafı sıx tüstünün bürüməsindən və çoxlu sayda qurbanlardan danışırlar.

Rusiya prezidenti Dmitri Medvedev ölkə rəhbərlərinin iştirakı ilə təcili iclas keçirib. O, bu intiharçı hücumun arxasında olanları üzə çıxarılacağına və cəzalandırılacağına söz verib.

Prezident Medvedev deyib ki, ölkənin bütün iri nəqliyyat qovşaqlırında təhlükəsizlik tədbirləri gücləndiriləcək.

Terror aktı ilə əlaqədar Rusiya Prezidenti Davosa səfərini ləğv edib. Bu barədə Kremlin mətbuat xidməti məlumat verib. Təcili çağırılmış müşavirədə D.Medvedev partlayış zamanı həlak olanların və zərər çəkənlərin doğmalarına və qohumlarına başsağlığı verib, ölkənin bütün aeroportlarında və nəqliyyat infrastrukturu obyektlərinə xüsusi rejim tətbiq edilməsi barədə sərəncam verib. RF İstintaq Komitəsinin rəsmi nümayəndəsi Vladimir Markinin KİV nümayəndələrinə verdiyi məlumata görə, fakt üzrə RF Cinayət Məcəlləsinin 205, 222, 105-ci maddələri üzrə cinayət işi qaldırılıb.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi