Modern.az

“Çörəkpulu” kəsiləcək köçkünlərlə bağlı təlimat artıq hazırdı

“Çörəkpulu” kəsiləcək köçkünlərlə bağlı təlimat artıq hazırdı

Ölkə

25 Yanvar 2011, 11:40

Məcburi köçkünlərin bir qisminin “çörəkpulu”nun kəsilməsi ilə bağlı təlimatın hazırlanması prosesi artıq başa çatıb. Bu barədə Modern.az-a “Dövlətqaçqınkom”un mətbuat xidmətinin rəhbəri Sənan Hüseynov məlumat verib.

Yeni təlimatda məcburi köckünlərin bir qisminə - dövlət qulluğunda çalışanlara, hərbi və polis sistemində işləyənlərə, valideynlərindən biri məcburi köckün olan şəxslərə “çörəkpulu”nın verilməməsi nəzərdə tutulub.

Sənan Hüseynov bildirib ki, təlimat hələki Nazilər Kabinetinə təqdim olunmayıb. “Təlimat hazırdır, ancaq Nazirlər Kabinetinə təqdim olunmayıb. Təlimat Nazirlər Kabinetinə təqdim olunacaq və ondan sonra Nazirlər Kabineti bu məsələyə baxacaq”. 

Hazırda məcburi köçkün statusuna malik vətəndaşlara ayda adambaşına 15 manat yemək xərci üçün müavinət verilir.

Sədaqət SÜLEYMANOVA

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi