Modern.az

Avropa Komissiyası Azərbaycanda azsaylı xalqlarla bağlı monitorinq sənədində nə yazıb?

Avropa Komissiyası Azərbaycanda azsaylı xalqlarla bağlı monitorinq sənədində nə yazıb?

Təhsil

25 Yanvar 2011, 11:53

Komissiya iyun ayında məruzəni açıqlayacağını bildirib

2011-ci ilin iyununda İrqçilik və dözümsüzlüyə qarşı Avropa Komissiyası Azərbaycana, Kiprə və Serbiyaya dair hazırladığı məruzəsini açıqlayacaq. Bu barədə Modern.az Avropa Şurasının rəsmi saytına istinadən bildirir. Müstəqil fəaliyyət göstərən komissiya üzvləri mənsub olduqları hökümətlər tərəfindən təyin edilib. 

Adıçəkilən komissiya 1993-cü ildə Avropa Şurasına daxil olan dövlət başçılarının görüşü zamanı yaradılıb. Bu komissiyanın işi Strasburqda 1997-ci ildə  yüksək siyasi dəstək alıb.

13 iyun 2002-ci ildə Avropa Şurasının Nazirlər Komitəsi komissiyanın yeni nizamnaməsini qəbul edib. Bu nizamnaməyə görə, komisisya müstəqil olaraq irqi ayrı seçkiliyə və diskriminasiyaya məruz qalmış insan haqları sahəsində monitorniq aparmaq səlahiyyəti qazanıb.

Qeyd edək ki, komissiya 2009-cu ildə Azərbaycanda olub. Komissiya üzvləri milli azlıqların yaşadığı cənub və şimal bölgəsində olublar və orada yaşayan azsaylı xalqların vəziyyəti ilə bağlı monitorinq aparıblar.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir