Modern.az

Azərbaycan ordusunun bir əsgəri, bir zabiti ölüb

Azərbaycan ordusunun bir əsgəri, bir zabiti ölüb

Təhsil

25 Yanvar 2011, 12:05

Azərbaycan əsgəri dünyasını dəyişib. APA-nın məlumatına görə, hadisə dünən Daxili Qoşunların hospitalında qeydə alınıb.
Daxili Qoşunların əsgəri, Xaçmaz Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış, 18 yaşlı Əliyar Cəfərov vəfat edib. Onun xəstəlikdən dünyasını dəyişdiyi bildirilir.

Azərbaycan Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzinin zabiti isə dəm qazından boğulub.
Hadisə ötən gecə qeydə alınıb. Leytenant Rafael Elxan oğlu Yusifli kirayədə yaşadığı evdə dəm qazından boğularaq ölüb.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür