Modern.az

Milli Məclisin yeni deputatları təlimatlandırılıb

Milli Məclisin yeni deputatları təlimatlandırılıb

Parlament

25 Yanvar 2011, 13:49

Bu gün Milli Məclisdə yeni seçilmiş deputatlar üçün “Xoş gəldiniz” proqramı çərçivəsində toplantı keçirilib.  

Modern.az xəbər verir ki, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib ki, belə bir tədbir ilk dəfədir təşkil olunur:
“Məqsəd yeni seçilmiş deputatlara parlamentin fəaliyyəti, qanunların hazırlanması, müzakirəsi və qəbulu qaydaları, seçicilərlə işin təşkili, dövlət hakimyyəti orqanları ilə cəmiyyət arasındakı münasibətlərdə rolu, beynəlxalq əlaqələr barədə məlumat verməkdir. Hər bir deputatın qanunvericilik təşəbbüsü ilə çıxış etmək hüququ var. Parlament həm də dövlət büdcəsi üzərində nəzarəti həyata keçirir, Nazirlər Kabinetinin, Hesablama Palatasının, Ombudsmanın hesabatlarını dinləyir, Azərbaycan dövlətinin başçısının xarici siyasətinin düzgün həyata keçirilməsinə kömək göstərir. Bunun üçün Milli Məclisdə 70-ə yaxın dostluq qrupu var və deputatlar bu qruplarda çox fəal olmalıdırlar”.  

ABŞ səfirliyinin nümayəndəsi Adam Sterlinq, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Parlament proqramının icraçı direktoru Aybəniz Məmmədova də proqramın mahiyyətindən danışıblar.

Sonra Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev parlamentarizmin mahiyyəti, tarixi, fəlsəfəsi, formaları, iş prinsipləri, Milli Məclisin hakimiyyət bölgüsündəki yeri barədə geniş məlumat verib.  

Tədbir çərçivəsində deputat Mübariz Qurbanlı Milli Məclisin komitə və komissiyalarının fəaliyyətinin hüquqi əsasları, İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə deputatın statusu, toxunulmazlıq hüququ, fəaliyyəti normativ əsasları, deputat Məlahət İbrahimqızı qanunvericilik təşəbbüsü hüququnun subyektləri, Milli Məclis sədrinin müavini Bahar Muradova deputatın seçicilərlərlə işinin təşkili, seçki dairələrində problemlərin həlli və seçici maraqlarının müdafiəsi, vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq və s məsələlər barədə məruzə ediblər.  

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?