Modern.az

Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Qarabağa muxtariyyət verilməsi ilə bağlı fikrini bildirdi

Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Qarabağa muxtariyyət verilməsi ilə bağlı fikrini bildirdi

Təhsil

25 Yanvar 2011, 14:48

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov xarici mətbuata müsahibəsində Dağlıq Qarabağa müxtariyyət verilməsi məsələsində Azərbaycan tərəfinin razı olduğunu söyləyib.

E.Məmmədyarov qeyd edib ki, bu müxtariyyət beynəlxalq hüquq normaları çərçivəsində verilməlidi.

Məsələ ilə bağlı Modern.az saytına “Dağlıq Qarabağın Azərbaycanlı  İcması” İctimai Birliyinin rəhbəri Bayram Səfərov münasibət açıqlayıb.

O, qeyd edib ki, E.Məmmədyarov Azərbaycanın xarici siyasəti idarəsinin rəhbəridir və ölkə Prezidentinin yürutdüyü xarici siyasəti layiqincə icra edir.

B.Səfərov onu da bildirib ki, dövlət, hakimiyyət nümayəndələrinin Qarabağ məsələsi ilə bağlı atdığı bütun addımları dəstəkliyir.

İcma rəhbəri həmçinin onu da bildirib ki, bütün məsələlərdə, ölkə başçısının   atdığı addımlarda və yürutduyu siyasətdə Dağlıq Qarabağın Azərbaycanlı İcması Prezidentin yanındadır: “Bizim Prezident bütün dünyaya nümunə olacaq dövlət rəhbəridir. Bizim Prezident hər bir azərbaycanlının prezidentidir. Qarabağ məsələsində də Prezidentdən çox iş görən yoxdur. Ona görə də biz bütün məsələlərdə Prezidentimizi dəstəkləyirik”.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı