Modern.az

Azərbaycanlıların Türkiyəyə getməsi problem olacaq?

Azərbaycanlıların Türkiyəyə getməsi problem olacaq?

21 İyul 2016, 16:50

"Azərbaycan vətəndaşları əvvəllər Türkiyəyə necə gedirdilərsə, indi də eyni qayda ilə gedə biləcəklər"

 

Modern.az xəbər verir ki, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun keçirdiyi mətbuat konfransında deyib.

Səfir bildirib ki, gərginlik yaratmağa ehtiyac yoxdur:

 

“Bundan 15 iyul hadisəsini təşkil edənlər narahat olmalıdır. Azərbaycan vətəndaşları əvvəllər Türkiyəyə necə gedirdilərsə, indi də eyni qayda ilə gedə biləcəklər. Baxın, Fransada da bir müddət əvvəl fövqəladə vəziyyət elan edilmişdi. Amma minlərlə insan sərbəst şəkildə bu ölkəyə gedə bilirdilər. Türkiyədə də belə olacaq. Narahatlığa əsas yoxdur”

 

Ağa Akifoğlu

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?