Modern.az

Azərbaycanda məşhur ziyarətgaha gedən şəxs öldü

Azərbaycanda məşhur ziyarətgaha gedən şəxs öldü

21 İyul 2016, 17:47

İsmayıllı rayonunda Babadağ ziyarətinə gedən Göyçay sakini dünyasını dəyişib.

 

"Report"un Şirvan bürosunun xəbərinə görə, Göyçay rayon Qaraməryəm kənd sakini 40 yaşlı Adil Qədir oğlu Həsənov ailəsi ilə birlikdə rayonun yüksək dağlıq ərasində yerləşən Babadağa ziyarətə gedib. 

 

Qəflətən ziyarərdə özünü narahat hiss edən A.Həsənov yaxınları tərəfindən İsmayıllı Mərkəzi Rayon Xəsətxanasına (MRX) çatdırılıb. 

Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Xəstəxanadan verilən məlumata görə, A.Həsənov ürək tutmasından ölüb. 

 

A.Həsənov yaşadığı Göyçayın Qaraməryəm qəbirstanlığında dəfn edilib.

 

Faktla bağlı araşdırma aparılır. 

 

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi